“Vətən” ansamblı fəaliyyətə başladı

Respublikamızda istedadlı uşaq və gənclərin aşkara çıxarılmasına xüsusi diqqət yetirilir və bu istiqamətdə dövlət səviyyəsində mühim tədbirlər həyata keçirilir.Qabiliyyətli və istedadlı şagirdlərin üzə çıxarılması və inkişaf etdirilməsində məktəb müəlliminin üzərinə böyük məsuliyyət düşür.Bu baxımdan biz də öz növbəmizdə məktəb-liseydə musiqi istedadı olan şagirdlərdən ibarət xalq çalğı alətləri ansamblı təşkil etdik.Musiqi müəllimi Gülmirə Kərimovanın rəhbərliyi altında “Vətən” ansamblı bu gündən etibarən fəaliyyətə başladı.Ansamblda nağara ,tar,kamança,qarmon,klarnet,saz kimi musiqi alətlərindən istifadə olunur.Bu ansamblı yaratmaqda əsas məqsədimiz istedadlı şagirdləri üzə çıxarmaq, həmin şagirdlərin yaxın gələcəkdə məktəblərdə və uşaq evlərində konsertlərini təşkil etməkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi