Zərərli vərdişlərə yox deyək

   Noyabrın 2-də məktəb-liseydə “Zərərli vərdişlərə yox deyək” mövzusunda tədbir keçirildi.Tədbirdə Qaradağ Rayon Poli İdarəsinin rəis müavini Yaşar İsayev, Qaradağ Rayon İcra Hakimiyyətinin məsul işçisi Firudin Hüseynov, Qaradağ Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin təşkili bölməsinin inspektoru, polis mayoru Aidə Şirinova, polis kapitanı Ramil Hacıyev, məktəb-liseyin direktoru Şəmsi Qocayev,müəllimlər və məktəb-liseyin VIII-XI sinif şagirdləri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan Şəmsi müəllim zərərli vərdişlərin mahiyyəti, insan həyatında törətdiyi nəticələr barəsində məlumat verdi. Polis mayoru Aidə Şirinova həyatı misallarla şagirdlərə narkomanların həyat tərzindən, bu yola düşənlərin acınacaqlı taleyindən bəhs etdi. Polis polkovnik-leytenantı Yaşar İsayev zərərli vərdişlərin, xüsusən narkotik aludəçiliyinin, alkoqolizmin bir insan üçün deyil, bütöv cəmiyyət və bəşəriyyət üçün təhlükə olduğunu xatırladaraq bü gün hüquq-mühafizə orqanlarının apardığı mübarizədən danışdı. O, qeyd etdi ki, belə vərdişlərə mübtəla olanlar əslində ciddi xəstələrdir və müalicə olunmalıdır. Odur ki, təbii yolla xəstələnməkdən fərqli olaraq insanın əslində şüurlu şəkildə “xəstələnməsi” acınacaqlı haldır. Qaradağ Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı F.Hüseynov rayon üzrə statistik rəqəmləri açıqladı və şagirdləri bu gözəl və firavan həyatı acınacaqlı və səfalətlə dolu həyata dəyişməməyə səslədi. Daha sonra şagirdləri maraqlandıran suallar ətrafında maraqlı diskussiya aparıldı. Tədbiri yekunlaşdıran Şəmsi müəllim qonaqlara hərtərəfli və məzmunlu izahata görə təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi