Bayrağımın tarixi
Noyabrın 2-də məktəb-liseyin kitabxanasında “Bayrağımın tarixi” başlığı altında kitabxana müdiri Nailə Mustafayeva VII,VIII və IX siniflərdən seçilmiş şagirdlərlə məlumat xarakterli diskusiya apardı.Onların ifasında doğma vətənə,suverenliyimizin rəmzi olan Dövlət bayrağına aid şeirlər dinlənildi.Bayrağımızın dövlətin varlığını təsdiqləyən,milləti ucaldan,hər bir vətəndaşı qürurlandıran bir rəmz olması xüsusi vurğulandı.