Valideyn iclası keçirildi

   Oktyabrın 28-da məktəb üzrə ümumi valideyn iclası keçirildi.İclasda Qaradağ RPİ-nin polis mayoru Aidə Şirinova,məktəb-liseyin direktoru Şəmsi Qocayev,Həmkarlar Komitəsinin sədri,məktəb-liseyin psixoloqu,tərbiyə işləri üzrə direktor müavini,sinif rəhbərləri,valideynlər iştirak edirdilər.Şəmsi Qocayev məktəb-lisey üzrə valideyn komitəsinin seçilməsi,şagird-müəllim-valideyn münasibətlərinin düzgün təşkili,məktəb həyatında valideynlərin rolu,məktəb-liseyin daxili nizam-intizam qaydalarına şagirdlərin riayət etməsi və cari məsələləri iştirakçıların nəzərinə çatdırdı.Daha sonra təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində məktəb-lisey qarşısında duran məsələlər haqqında danışıldı və şagird nailiyyətlərinin izlənilməsi ilə bağlı bir sıra mühüm məqamlara da nəzər salındı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi