Səməd Vurğunun “Azərbaycan” şeirinə həsr olunmuş tədbir keçirildi

Oktyabrın 31-də məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Naibə Cəfərova VII a sinfində Səməd Vurğunun “Azərbaycan” şeirinə həsr olunmuş tədbir keçirdi.Tədbirdə Azərbaycan dili və ədəbiyyat müəllimləri,təşkilati işləri üzrə direktor müavini,Uşaq Birliyi Təşkilatı rəhbəri iştirak edirdilər.Öncə Səməd Vurğunun həyat və yaradıcılığına aid slaydlar göstərildi.Şagirdlər iki qrupa bölündülər.Hər qrup iki bənd üzərində işləməklə fikirlərini ikihissəli gündəlikdə yazdılar və təqdimat etdilər.Şeirdə həmqafiyə sözlər və onların hansı nitq hissəsinə aid olması aydınlaşdırıldı.Şagirdlərdə Azərbaycanın gözəllikləri,yeraltı,yerüstü sərvətləri və onlara vətəndaş münasibəti,bu münasibətdən doğan vətənpərvərlik hissləri aşılandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi