Mədəni və yabanı çiçəklərin sirləri

Oktyabrın 26-da məktəb-liseyin biologiya müəllimi Könül Həsənova 7 b sinfində “Xaççiçəklilər və gülçiçəklilər fəsiləsi” mövzusunda nümunə dərsi keçdi.Dərsdə məktəb-liseyin direktor müavini İlahə Haqverdiyeva,Uşaq Birliyi Təşkilatının rəhbəri Bəsti İmanova iştirak edirdilər.Bu dərsdə şagirdlər örtülütoxumlular şöbəsi,ikiləpəlilər sinfi ilə yaxından tanış oldular.Könül müəllim bu fəsilələrin növ sayı,çiçək formulu,mədəni və yabanı nümayəndələri haqqında ətraflı məlumat verərək hazırladığı slaydları nümayiş etdirdi.Şagirdlər fəsilənin ayrı-ayrı nümayəndələri haqda məlumat verdilər.Sonda şagirdlər qiymətləndirildi və dərsin gedişi, dərsdə şagirdlərin fəallıq səviyyəsi müzakirə olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi