Şagirdlərin psixoloji vəziyyəti yoxlanıldı

    Oktyabrın 25-də məktəb-liseyin psixoloqu Nuranə Hacıyeva 1a sinfində diqqət və hafizəni yoxlamaq məqsədilə test keçirdi. Testlərdə müxtəlif rəqəmlərin kombinasiyalarından yaranan ədədlər, habelə canlı və cansız aləmin nümunələri əks olunmuşdu.Verilən tapşırıqlarda yadda saxlama qabiliyyəti əsas götürülmüşdü. Beş dəqiqəlik baxışdan sonra şəkillər yığışdırıldı və şagirdlərin yadda saxlama imkanları yoxlanıldı. Bundan sonra şagirdlər şəkildə gördüklərini vərəqdə qeyd etməklə həm də yazılı tapşırığı yerinə yetirdilər.Sonda şagirdlər hafizənin səviyyəsinə,diqqət və bacarıqlarına görə qiymətləndirildi və qiymətlər onların psixoloji-pedaqoji, diaqnostik xəritələrində qeyd edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi