VI sinifdə nümunə dərsi keçildi

   Oktyabrın 23-də məktəb-liseyin biologiya müəllimi Sevda Zeynalova VIa sinfində "Hüceyrənin ümumi quruluşu" mövzusunda nümunə dərsi keçdi. Dərsdə digər fənn müəllimləri də iştirak edirdi.Sevda müəllimə əvvəlcə şagirdlərə mikroskoplarla işin prinsiplərini izah etdikdən sonra şagirdlərə soğan dəriciyindən preparat hazırlamağın yollarını öyrətdi. Hazırlıq mərhələsi başa çatdıqdan sonra hər bir şagird sərbəst preparat hazırlayıb, mikroskop altında soğan dəriciyinin hüceyrələrini izlədi.Dərsin sonunda şagirdlərin bilik və bacarıqları qiymətləndirildi və nümunə dərsinin müzakirəsi keçirildi. Məktəbin direktoru Şəmsi Qocayev müzakirəni yekunlaşdırdı və belə dərslərin gənc müəllimlərin iştirakı ilə keçilməsini tövsiyyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi