Müstəqillik gününə həsr edilmiş "Vətən Azərbaycandır" adlı tədbir keçirildi

Bu gün məktəb-liseyin akt zalındakı bayram ovqatı, bayram əhval-ruhiyyəsi bütün məktəbə sirayət etmişdi. Azərbaycan Respublikasının Dövlət Müstəqillik Gününə həsr olunmuş "Vətən Azərbaycandır" adlı bayram tədbiri Azərbaycanın Dövlət Himninin sədaları ilə açıldı. Tədbiri giriş sözü ilə açan Azərbaycan dili və Ədəbiyyat müəllimi Şükürova Gülnarə bu günün mühüm əhəmiyyətindən danışaraq sözü məktəbin direktoru Şəmsi Qocayevə verdi. Şəmsi müəllim dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və məqsədyönlü addımlardan danışaraq bütün müəllim və şagird kollektivini “Müstəqillik günü” münasibətilə təbrik etdi. V və IX sinif şagirdlərinin ifasında səslənən vətən mahnıları, kiçik kompozisiyalar və şeirlər tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.Sonda müstəqillik gününə həsr olunmuş videofilm nümayiş olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi