Metodbirləşmə rəhbərləri ilə iclas keçirildi

    Oktyabrın 17-də məktəbin direktoru Şəmsi Qocayev fənn metodbirləşmə rəhbərləri ilə iclas keçirdi.İclasda metodbirləşmə rəhbərlərinə öz tövsiyə və tapşırıqlarını verdi. O, bütün işlərin kökündə şagirdin nəticəsinin –imtahanların, ali məktəblərə qəbulun, test yoxlaması üzrə monitorinqlərin nəticələrinin, şagirdlərin tərbiyəlilik səviyyəsinin dayandığını bildirdi.Şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə dair tədbirlər hazırlamağı,yaxşı dərs keçməyi, şagirdlərlə daim işləməyi, müəllimlik işinin ağır, məsuliyyətli, ədalətli iş olduğuna görə işlərində məsuliyyətli olmağı tapşırdı.Yeni təyin olunan müəllimlərə pedoqoji istiqamətlər verməyi, müəllimlərin “açıq dərs”lərini təşkil etməyi və qarşılıqlı dərs dinləmələrin təşkilini tapşırdı.Sonda metodik işin təkmilləşdirilməsi istiqamətində görüləcək işlər haqqında məlumat verən Şəmsi müəllim kafedra sisteminin layihəsinin hazırlanması üçün İşçi qrupunun tərkibini elan etdi. Çıxış edən metodbirləşmə rəhbərləri metodiki işin təşkili sahəsində çatışmazlıq və nöqsanları qeyd edərək məktəb direktorunun tövsiyələri haqqında fikir bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi