Direktoryanı müşavirə keçirildi

   Oktyabrın 13-də məktəbin direktoru Şəmsi Qocayev 9-cu siniflərin buraxılış imtahanları ilə əlaqədar Azərbaycan dili və ədəbiyyat müəllimlərinin iştirakı ilə iclas keçirdi.Şəmsi müəllim 9-cu siniflərin bu ilki buraxılış imtahanlarında yüksək nəticələr əldə etməsi üçün qarşıda duran vəzifələrdən danışdı. Keçən dərs ilində buraxılış siniflərinin imtahan nəticələrini təhlil edən məktəb direktoru "2" qiymət alan məzunların zəif nəticə göstərməsinin səbəblərinin araşdırılmasının, gələcək fəaliyyətin planlaşdırılmasının vacibliyini qeyd etdi. "Keyfiyyət ili" çərçivəsində bu sahədə görüləcək işlərin əsasən şagird nailiyyətlərinin qiymətləndirilməsinə, habelə müəllimlərin fəaliyyətinin nəticəsinə əsaslanacağını bildirdi. Müzakirələrdə müəllimlərin sorğularını cavablandıran Şəmsi müəllim müasir kurikulumun əsas istiqamətlərindən biri olan nəticəyönümlülük istiqamətinə ciddi fikir verməyin gərəkliliyini bildirdi.Qeyd edildi ki, müəllimin fəaliyyətinin qiymətləndirilməsi onun işinin nəticəsinə- şagirdlərin bilik və bacarıqlarına verilən qiymətə adekvat olmalıdır. Direktoryanı müşavirədə müəllimlərin xüsusi reytinq cədvəllərinin hazırlanması təklifi müzakirə edilərək qərar qəbul edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi