Volqoqrad Dövlət Universitetinin bir qrup tələbəsi ilə görüş keçirildi

Oktyabrın 6-da Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi ilə Qaradağ Rayon İcra Hakimiyyətinin birgə layihəsi olan “Volqoqrad-Bakı:qardaşlaşmış şəhərlər” layihəsi çərçivəsində Volqoqrad Dövlət Universitetinin bir qrup tələbəsi məktəbimizin şagirdləri ilə görüş keçirtdilər.Tədbirdə eyni zamanda Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Təranə İsmayılova,Azad Həmkarlar İttifaqının sədri Zümrüd Rzayeva,məktəbin müəllim və şagird kollektivi iştirak edirdilər.Öncə məktəbin direktoru Şəmsi Qocayev gələn qonaqları salamlayıb,onlara öz təşəkkürünü bildirdi və bu birgəliyin davam etməsini tövsiyə etdi.Tələbələr Volqoqrad Respublikası haqqında məlumat verdilər və slayd təqdim olundu.Məktəbimizin şagirdlərinin göstərdikləri “Dədə qorqud” dastanından bir parça, “Sarı gəlin” mahnısına həsr olunmuş rəqs və sazda ifa olunan mahnı qonaqlar tərəfindən böyük rəğbətlə qarşılandı.Sonda milli ornamentlərimizi əks etdirən hədiyyələr qonaqlara təqdim olundu və xatirə şəkilləri çəkildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi