Dahi bəstəkarın 132-ci ildönümü qeyd olundu

   Sentyabrın 18-də görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 132-ci ildönümü münasibətilə məktəbimizdə 6a və 9b sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi. Azərbaycan Respublikası dövlət himni canlı musiqinin müşaəti ilə xor qrupunun ifasında səslənməsi ilə tədbir başlandı.Tədbirdə aparıcılar Üzeyir Hacıbəyov haqqında məlumat verdilər.Sonra şagirdlər bəstəkarın pyes və romanslarından müxtəlif parçalar səsləndirdilər.Həmçinin şagirdlərimiz “Arşın mal alan” və “O olmasın,bu olsun” musiqili komediyalarından da bir neçə səhnəni canlandırdılar.Tədbiri təşkil etdiyinə görə məktəbin tarix müəllimi Əliyeva İlhamiyyə xanıma öz təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi