Riyaziyyat dünyası adlı tədbir keçirildi

Məktəbimizdə 19.05.15 tarixində məktəbin “Məntiqi riyaziyyat” dərnəyinin rəhbəri Novruzova Xəyalə “Riyaziyyat dünyası” adlı riyaziyyat gecəsi keçirilmişdir.Tədbiri giriş sözü ilə açan tədbirin təşkilatçısı Xəyalə müəllimə gələn qonaqları və tədbir iştirakçılarını salamlamış,Azərbaycan dövlət himni oxunaraq tədbiri açıq elan etmişdir.Tədbirdə 5ç və 8b siniflərinin hazırladığı kompozisiya və səhnəciklər olmuşdur.Şagirdlər “Rəqəmlərin mübahisəsi”,riyaziyyatın bütün elmlərin şahı olmasına dair səhnəciklərini təqdim etdilər.Şagirdlər həmçinin hazırladıqları musiqi çələngilə də tədbiri daha da rəngarəng etmişlər. Tədbirin sonunda “Viktorina” keçirilmiş,maraqlı və əyləncəli məntiqi suallar bütün şagirdlərin marağına səbəb olmuşdur. Tədbirdə direktor müavinləri-Xəlilova Xanım,Musayeva İradə və təşkilatçı müavini Haqverdiyeva İlahə çıxış edərək tədbir haqqında öz fikirlərini söyləmişlər.Belə tədbirlərin davamlı olaraq keçirilməsini,şagirdlərə Vətənpərvərlik ruhunun aşılanmasının zəruriliyini qeyd etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi