"Sizi Unutmadıq, Unutmayacağıq"

Qəhrəmanlıq haqqında belə bir deyim var: "Anadan olanda heç kim dünyaya qəhrəman kimi gəlmir. Qəhrəmanlar döyüşdə doğulur". Bu baxımdan 2016-cı ilin aprel ayında Azərbaycanın növbəti qəhrəmanları doğuldular. Düşmən hücumlarına layiqli cavab verən igidlərimiz torpaqlarımızın sahibsiz olmadığını bir daha sübut etdilər. Məktəbimizdə 2016 cı ilin aprel əməliyyatlarında Şəhid olmuş hərbiçilərimizin əziz xatirəsini bir daha yad etmək məqsədilə "Sizi unutmadıq, Unutmayacağıq"adlı tədbir keçirildi. Tədbirdə Vətənpərvərlik ruhunda mahnılar və şüarlar səsləndirildi. Həmçinin şagirdlərimiz məktəbin həyətində Ay-ulduz ornamentini də formalaşdırdılar. Allah bütün şəhidlərimizə rəhmət eləsin!!!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi