Milli qəhrəman Faiq Rəfiyevin doğum günü qeyd olundu

Bu gün milli qəhrəmanımız Faiq Rəfiyevin adını daşıdığı 166 №-li məktəb-liseydə doğum günü qeyd olundu.Tədbirdə çıxış edən direktor və müəllim heyəti qəhrəmanın vətən uğrunda göstərdiyi şücaətləri haqqında şagirdəri məlumatlandırdı.Daha sonra şagirdlər şeirlər səsləndirdi.Sonda tədbir iştirakçıları qəhrəmanın xatirəsinə ucaldılmış büstü önünə gül dəstələri düzdü. Faiq Qəzənfər oğlu Rəfiyev 1955-ci il fevralın 22-də Füzuli rayonunun Sarıcıq kəndində dünyay göz açıb. O, Daxili İşlər Nazirliyinin zabiti kimi Axullu, Tuğ, Qaradağlı kəndlərinin müdafiəsində fəal iştirak edib, Koçbəy kəndini ermənilərdən azad edərkən qəhrəmanlıqla vuruşub və 1992-ci il yanvarın 10-da həlak olub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi