"Ana Dilimizi Sevək,Qoruyaq" adlı tədbir keçirildi.

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. 21 Fevral bütün dünyada Beynəlxalq Ana dili günü qeyd olunur.Bu münasibətlə 166 №-li məktəb-liseydə "Ana Dilimizi Sevək,Qoruyaq" adlı tədbir keçirildi.Tədbirdə liseyin Azərbaycan dili müəllimələri İlahə Haqverdiyeva və Gülnarə Şükürova ana dilimiz, onun mənşəyi, yaranma tarixi haqqında ətraflı məlumat verdi.Daha sonra şagirdlər “Beynəlxalq Ana Dili Günü” haqqında hazırladığı səhnəcikləri nümayiş etdirdilər, şeirlər səsləndirdilər,mahnılar oxudular. Ana dilimizi qorumaq, inkişaf etdirmək bizim də borcumuzdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi