Məktəbimizdə stress və depressiya mövzusunda dəyirmi masa arxasında söhbət aparıldı.

16.02.2017-ci il tarixində məktəbimizdə 9-cu siniflər arasında stress və depressiya mövzusunda dəyirmi masa arxasında söhbət aparıldı.Şagirdlər mövzuyla bağlı slayt və plakatlar hazırlamışdılar.Müzakirələrdə tərbiyə işləri üzrə direktor müavini,psixoloq,UBTR,məktəblinin dostları iştirak edirdi.Söhbəti aparmaqda məqsədimiz uşaq və yeniyetmələrin depressiyaya düşmə səbəblərini araşdırmaq və onlara yardım göstərməkdir. Uşaq ailədə olan çəkişmələrə,ya hansısa yaxınlarından birinin pis xəstəliyə tutulmasına,ailədə kobudluqla rastlaşanda bu cür xəstəliyə düçar ola bilər.Ali məktəbə imtahana hazırlaşan bir yeniyetmə də depressiyaya düşə bilər.Ona görə də,uşaqlarda və yeniyetmələrdə depressiyanın olmasını inkar etməyin özü həqiqəti görməməzliyə vurmaq deməkdir.Çünki bu cür uşaqların köməyə ehtiyacı vardır,dərdləşməyə adam axtarırlar.Ancaq bu da kifayət deyildir.Bu xəstəliyin müalicə yolları müxtəlifdir.Bu cür uşaqlar əgər kiçik yaşlarından müalicə olunmasalar,böyüyəndə kobud,məyus və ümidsiz bir insana çevrilərlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi