F.Rəfiyev adına 166 №-li məktəb-liseydə 31 Mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar keçirilən tədbir.

31 Mart azərbaycanlıların soyqırımı gününə həsr olunmuş “Ana Vətən torpağını övlad kimi sevməliyik”adlı məktəbimizdə tədbir keçirildi. Tədbirdə 9a sinifinin şagirdləri iştirak edirdi. Tədbirimizi Azərbaycan Respublikasının Dövlət Himni ilə başladıq.Daha sonra millətimizə qarşı törədilmiş soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdik. Məktəbimizin tarix müəllimi XX əsr tarixində Azərbaycan xalqına qarşı törədilmiş soyqırım haqqında məruzə oxudu.Daha sonra qeyd etdi ki,Ulu öndərimiz demişdir: “Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd edərək qərara alıram: 31 Mart azərbaycanlıların soyqırımı günü elan edilsin” 9a sinif şagirdi Əzizə Məhərrəmovanın soyqırımla bağlı təşkil etdiyi slaydları nümayiş etdirdik.Tədbirimizdə şagirdlər vətənpərvərlik mövzusunda şeirlər,mahnılar oxudu.Məktəbimizin istedadlı şagirdləri soyqırımla bağlı plakatları,rəsmləri təqdim etdi.Məktəbimizin soyqırımla bağlı tədbirini Azərbaycan televiziyası yayımladı.“Azərbaycan torpağı bizim anamız,qoynu beşiyimizdir.Bu torpaq uğrunda şəhid olanlar,şirin canından keçənlər!Hamınızın məzarı önündə diz çöküb,baş əyirik” sözləri ilə tədbir bitdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi