Novruz bayramı

2015-ci il 26 mart tarixində X b sinifi tərəfindən keçirilmiş "Novruz"şənliyi məktəbimizdə keçirilmiş çoxsaylı tədbirlərdən biridir.Kiçikdən böyüyə hər bir kəsin əyləndiyi bu şənlikdə xüsusən də uşaqların əylənməsi üçün bir çox milli oyunlar,kosa və keçəl kimi milli atributların iştirakı təşkil edildi.Bir-birindən ritmik mahnıların əhatəsində şən ab-hava yaradıldı.Saz aşıqlarının müxtəlif havalarda ifası tədbirə xüsusi bir fərqlilik vermiş oldu.Milli dəyərlərimizi əks etdirən rəngarəng ifalar və obrazlarla birlikdə müasir həyatımıza uyğun müxtəlif mahnılar,flaşmob və s.sintez şəklində təşkil edildi.Bütün bunlar şənliyimizin daha xoş və əyləncəli keçməsinə səbəb oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi