Şəhidlər xiyabanını ziyarət etdik.

19 aprel 2016-cı il tarixində məktəbimizin şagirdləri ilə 2-ci fəxri xiyabanı və şəhidlər xiyabanını ziyarət etdik.2-ci fəxri xiyabanda dəfn olunan,vətən yolunda canlarından keçən şəhidlərimizi ziyarət edərək,vətən oğulları ilə fəxr etdiyimizi göstərdik.Etdiyimiz yürüşə yoldan keçənlər heyranlıqla baxıb,bizlərlə fəxr etdiklərini söyləyirdilər.Ermənilərin xain təxribatı nəticəsində şəhid olan pilotlarımızı ziyarət edəndə bəlkə də bəziləri bunun intiqmını alacağına söz vermişdi.Bütün yol boyu “Qarabağ bizimdir,bizim olacaq”, “Şəhidlər ölməz,vətən bölünməz” şüarlarımızla ətrafdakılara vətən yolunda olacaq hər şeyə hazır olduğumuzu sübut etdik.Şəhidlər xiyabanında belə səsimiz kəsilmədi.Şəhidlərimiz üçün şeirlər,mahnılar söylədik.Bir yerdə “İgid əsgər,möhkəm dayan!”deyərək hər cür çətinlikdə belə igidlərimizin yanında olduğumuzu hayqırdıq.Bununlada hamı anladı ki,qələbənin səsi uzaqda deyil.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi