Novruz şənliyi qeyd edildi.

17 mart 2016 – ci l 166 № -li lisey – mektebin şagirdləri olaraq Novruz bayramını təntənəli bir şəkildə qeyd etdik. Bu tədbirdə Novruz bayramının milli adət - ənənələrini əks etdirən oyunlar , səhnəciklər nümayiş etdirdik. Tədbirdə 5d, 7b, 9c sinifləri öz çıxışlarını nümayiş etdirdilər. Həmin çıxışlara mahnılar , şeirlər , məlumatlar və milli rəqsimiz olan “naz eleme ” aiddir. Novruz bayramının milli atributları sayılan keçəl , kosa və bahar qizinin çıxışları tamaşaçılar tərəfindən bəyənildi. Tədbirdə çıxış eden şagirdlərin milli geyimləridə səhnəyə ayrı bir rəngarənglik qatdı . Səhnə bəzəyi olaraq xonçalar şirniyyatlarla bəzədilmiş və səməni ilə səhnə baharın gəlişini qeyd edirdi . İştirakçıların ifa etdikləri mahnılar baharın gəlişinin xəbərçisi idi . 9c sinfinin qızları hazırladıqları “ Flash – mob ” tamaşaçılara təqdim edildi . Milli rəqsimiz , birliyin rəmzi olan yallı rəqsi oynadıldıqdan sonra tamaşaçılara şirniyyat paylanıldı və sonda iştirakçılar tamaşaçılara diqqətlarinə gorə təşəkkür edib tədbiri sonlandirdılar .
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi