Məktəbdə gül sərgisi keçirilib

Məktəbin foyesində qeyri-adi bir gözəllik yaradılmışdı. Məktəb divarları arasındakı bahar təravəti insanın ruhunu oxşayırdı. Ulu öndər Heydər Əliyevin 95 iilik yubileyi ilə əlaqədar olaraq gül sərgisi açılmışdı. Hər sinif özünün yetişdirdiyi güllərlə təmsil olunurdu. Güllər rəngarəng və bir - birindən gözəl idi. Münsiflər heyyəti sərgiyə baxaraq şagirdlərin əl işlərinə qiymət verdilər. XI “B” və IV “B” sinif şagirdlərinin nümayiş etdirdikləri güllər həm qeyri adiliyinə , həm də dibçəyinin orijinal tərtibatına görə fərqlənirdi. Güllərin şahı olan qızılgül dibçəyi də göz oxşayırdı. Tamaşaçılar sərgidən yüksək əhval-ruhiyyə ilə ayrıldılar.