31 mart Soyqırımı anıldı

     ”1918 ci il azərbaycanlıların soyqırımının 100 –cü ildönümü keçirilməsi barədə“ məktəbin tədbirlər planına uyğun olaraq müxtəlif tədbirlər keçirilib. 29 mart tarixdə məktəbdə 11”A“ sinif şagirdləri ilə “ 31 mart tarixi unudulmazdır “ adlı inşa yazısı keçirilib .Yazının aparılmasından öncə 1918 ci ilin ”31 mart“   hadisələri ilə bağlı şagirdlərlə dialoqlar keçirilib. 31 mart soyqırımına aid kadrlar izlənilib. Azərbaycanlıların soyqırımı  mövzusunda divar qəzetləri yazılıb. Qəzetlərdə tarixi faktları əks etdirən şəkillər, yazılar, tarixin təkrarlanması, erməni daşnaqlarının ənənəvi düşmənçiliyi barədə məlumatlar verilib .Rəsm sərgisi keçirilib. Balaca rəssamlar soyqırım ilə bağlı bilgi və düşüncələrini boyaların dili ilə ifadə etməyə çalışıblar. Şagirdlər sərgiyə maraqla tamaşa ediblər. Mart ayının ikinci  yarısından başlayaraq siniflərdə 31 Mart soyqırımı ilə əlaqədar olaraq sinif  təşkilat saatları keçirilib. Sinif rəhbərləri ermənilərin xisləti ,tarix boyu yersiz ərazi iddiaları, törətdikləri qırğınlar barədə məlumatlar veriblər.Tarix müəllimi  Beydiyeva İrina 10”Ç “ sinfində mövzu ilə bağlı Dəyirmi Masa keçirib. Müəllim 100 il öncə baş verən milli faciənin tarixi səbəb və nəticəsi barədə ətraflı məlumat verib. Müasir tariximizlə əlaqəsini qeyd edib. Videoçarxla sənədli və bədii filmlərdən fraqmentlər nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi