Balaca rəssam

Məktəbin 5"B" inif şagirdi Babayeva Aylin gözəl rəsm bacarığı olan şagirdlərimizdənbiridir. Aylin Azərbaycan Rəssamlar İttifaqının üzvü rəssam Nigar Qurbanovanın balaca yetirmələrindəndir. Müxtəlif sərgilərdə Aylin öz rəsmləri ilə iştirak edib. "Kosmik fəzanın sehri"adlı sərgidə Aylinin "Ulduza  toxunan ilk insan" rəsmi də sərgilənib. Sərgidə iştirak edən Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Ağaəli İbrahimov da iştirak edib və Aylin Babayevanın rəsminə müsbət münasibətini bildirib. Sərginin sonunda iştirakçılara Ağaəli İbrahimovun imzası ilə sertifikatlar təqdim olunub. Biz də balaca rəssama uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi