ŞAGİRDLƏRİMİZ NİZAMİ GƏNCƏVİ ADINA MİLLİ AZƏRBAYCAN ƏDƏBİYYATI MUZEYİNDƏ OLUBLAR

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi İlahə Əliyeva sinif rəhbəri olduğu 10 "A" sinfinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə ekskursiyasını təşkil etmişdir. Şagirdlər muzeylə ətraflı tanış oldular. Ekspozisiya zallarında dahi şair və yazıçılara, ədəbiyyatşünaslara həsr olunmuş stendlər, sənədlər, kitablar və şəxsi əşyalar onların marağına səbəb olub. Məktəblilər Azərbaycanın ədəbi irsinin nə qədər zəngin olduğunun bir daha şahidi olublar.