ŞAGİRDLƏRİMİZ STEAM İNNOVASİYA MƏRKƏZİNDƏ OLUBLAR

Məktəbimizin müəllimləri İlahə Ramazanova, Esmira Zöhrabova, Gülümsər Orucova, Vüsalə Paşşanovanın təşkilatçılığı ilə 6-cı və 7-ci sinif şagirdləri A.Müzəffərov adına 2 nömrəli tam orta məktəbin nəzdində yaradılmış STEAM İnnovasiya Mərkəzində olublar. Ekskursiya zamanı şagirdlər əvvəlcə Mərkəzdə İKT avadanlıqları ilə təchiz edilmiş konfrans, oyun, laboratoriya və STEAM otaqları ilə tanış olublar. Şagirdlərə müxtəlif robototexnika, robot maşınları, eksponatlar və süni intellekt elminin inkişafı və bəşəriyyətə verəcəyi faydalar haqqında maraqlı məlumatlar verilib. Ekskursiya zamanı bildirilib ki,  şagirdlər kreativlik, analitik düşüncə kimi bacarıqları inkişaf etdirməklə əldə olunan bilikləri texnologiya, dizayn, arxitektura, incəsənət, mühəndislik sahəsində səmərəli tətbiqinə nail ola bilərlər. Daha sonra şagirdlərə "Yaşıl dünya naminə həmrəylik ili" çəçivəsində hazırlanan əl işlərindən ibarət sərgidə müxtəlif maketlər və konstruksiyalar nümayiş etdirilib.Bu ekskursiya şagirdlərin texnologiya sahəsində potensialının artırılması, innovativ mühitin formalaşdırılması və inkişafında mühüm rol oynayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi