MƏKTƏB KİTABXANASI GÜNÜ

UNESKO-nun təşəbbüsü ilə 1999-cu ildən etibarən Beynəlxalq Məktəb Kitabxanaları Günü qeyd olunur. Məktəbin kitabxanaçıları Cəmilə Bayramova və Tahirə Müslümova bu əlamətdar gün münasibətlə 4"B" sinif şagirdləri ilə birlikdə tədbir hazırlayıblar. Tədbirdə məktəbin direktoru Kəmalə xanım Qədirova, Azərbaycan dili və ədəbiyyatı müəllimi Həcər Bəşirova iştirak edib.
   Şagirdlər bu tədbirdə Azərbaycanın ən qədim və zəngin kitabxanaları haqqında məlumat verib, Azərbaycan kitabının inkişafında, xalqın maariflənməsində bir sıra mütərəqqi dövlət xadimlərinin rolundan bəhs edib, kitab haqqında şeir və aforizmlər söyləyiblər.
    Sonda uşaqlar kitabın insan həyatındakı rolundan bəhs edən “Muradın seçimi” adlı tamaşa ilə çıxış ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi