ŞAGİRDLƏRİMİZ AZƏRBAYCAN DÖVLƏT AKADEMİK MUSİQİLİ TEATRINDA OLUBLAR

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi İlahə Əliyevanın təşkilatçılığı ilə 10"A" sinfinin şagirdləri Azərbaycan Dövlət Akademik Musiqili teatrında olublar. Onlar dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasına tamaşa ediblər. Böyük Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin bu möhtəşəm əsəri dünya ədəbiyyatının nadir nümunələrindəndir biridir. Şagirdlər tamaşadan böyük təəssüratla qayıdıblar.