Məktəbdə açıq havada COP 29-a həsr edilmiş dərs keçirilib

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda təşkili ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamından irəli gələn tədbirlərin icrası ilə bağlı Elm və Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş 'Tədbirlər Planı'na əsasən məktəbin tərbiyə İşləri üzrə direktor müavini İradə İsmayılzadə və biologiya müəllimi Mehriban Məmmədovanın təşkilatçılığı və 8 "D" sinif şagirdlərinin iştirakı ilə məktəbin həyətyanı sahəsində yerləşən ağacların ekologiyaya və ətraf aləmə müsbət təsiri barədə ətraflı məlumat verilib, şagirdlərlə müzakirələr aparılıb. Dərsin sonunda şagirdlər öz təqdimatlarını nümayiş etdiriblər.