İQLİM DƏYİŞMƏLƏRİNİN FƏSADLARINA QARŞI MÜBARİZƏ

Ekologiya aylığı və COP 29 layihəsi çərçivəsində “İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizə” mövzusunda təqdimat keçirilib. Təqdimat biologiya müəllimi Aliyə İsmayılovanın rəhbərliyi və 9"A" sinfinin iştirakı ilə məktəbin kitabxanasında keçirilib. Kitabxanada ekologiyaya aid maraqlı kitablar mövcuddur. Şagirdlər müxtəlif kitablardan istifadə edərək ətraf mühit amilləri, amillərin çirklənməsi, iqlim dəyişilmələrinin fəsadları və fəsadların aradan qaldırılması yollarını araşdırıblar. Şagirdlər müzakirə olunan mövzu əsasında maraqlı fikir mübadilələri ediblər.