MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR

Məktəbin akt zalında 18 Oktyabr Müstəqilliyin Bərpası Günü münasibəti ilə" Müstəqilliyimiz əbədidir " başlığı altında ədəbi-bədii tədbir keçirilib. Rəngarəng ssenarisi olan tədbirdə məktəbin şagirdlərinin möhtəşəm çıxışları olub. Şadirdlər vətənpərvərlik mövzusunda mahnılar oxuyub, şeirlər söyləyib, müstəqilliyimizin tarixinə dair əyləncəli oyunlar keçiriblər. Hərbi geyimdə çıxış edən şagirdlərin mərdlik, mübarizlik yolumuzun əldə olunmasında şücaət göstərən mərd oğulların obrazını yaratdığı səhnə tədbir iştirakçılarının qəlbində xoş ovqat yaradıb. Tədbirin sonunda məktəbin direktoru şagirdlərə müstəqilliyimizdən, keçdiyimiz çətin və şərəfli yoldan söhbət açıb, tədbir iştirakçılarına və bütövlükdə xalqımıza, dövlətimizə daimi azadlıq, xoşbəxtlik və müstəqillik arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi