TƏBİƏTİ SEVƏNLƏR

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) Bakıda təşkili ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamından irəli gələn tədbirlərin icrası ilə bağlı Elm və Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “Tədbirlər Planına əsasən “Təbiəti sevənlər” dərnəyinin rəhbəri Aliyə İsmayılova şagirdlərlə açıq havada dərs keçib. Dərs zamanı məktəbyanı sahədə yerləşən ağacların ekologiyaya və ətraf aləmə müsbət təsiri barədə ətraflı məlumatlar əldə etdilər. Bitkilərin müxtəlifliyini müzakirə etdilər.