Bizim dünyamızın rəngləri adlı dərs keçirilib

Məktəbin informatika müəllimi Aşurova Röya 4"A" sinfi ilə birlikdə "Yaşıl dünya naminə həmrəylik ili "nə və COP-29~a həsr olunmuş "Bizim dünyamızın rəngləri" adlı maraqlı dərs keçib. Şagirdlər dərs zamanı Paint qrafik redaktorunda təbiət rəsmləri çəkiblər. Rəsmlər müşahidəçi müəllimlər tərəfindən qiymətləndirilib.