TƏBİƏTİ QORUSAQ DÜNYAMIZI GÖZƏLLƏŞDİRƏRİK

Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu baxımdan, məktəbin 4 "A" və 4"Ç" sinif şagirdləri iqlim dəyişikliyinə qarşı keçriləcək ”Cop 29”-a öz töhfələrini məktəbdə keçirilən “Rəsm müsabiqəsində” bildiriblər. Şagirdlərin çəkdikləri şəkillərdə iqlim dəyişikliyinin yaşadığımız planetə dəyən ziyanları öz əksini tapmışdır. Şagirdlər qlobal iqlim dəyişmələrinə qarşı mübarizənin vacibliyini dərk edir, birgə təşəbbüslər vasitəsilə təbiətin mühafizəsi, qorunmasına təsirimizi gücləndirməyi və davamlı gələcəyə doğru irəliləyişi sürətləndirməyi çəkdikləri rəsmlərdə nümayiş etdiriblər. Sonda müsabiqə qalibləri mükafatlandırılıb.