10 OKTYABR – ’’ÜMUMDÜNYA PSİXİ SAĞLAMLIQ GÜNÜ’’ DÜR

    Hər il oktyabrın 10-u dünyada’’Ümumdünya PsixiSağlamlıq Günü’’kimi qeyd edilir.          

  Ümumdünya Psixi Sağlamlıq Gününün vəzifəsi psixi sağlamlıq probleminə yanaşmada dünya əhalisinin  məlumatlılıq səviyyəsini yüksəltməkdir.

     Sağlamlığın ayrılmaz və əhəmiyyətli hissəsi olan psixoloji sağlamlıq hər kəsə öz bacarıq və şəxsi potensialını nümayiş etdirməyə, adi həyat stresslərini dəf etməyə, məhsuldar və faydalı iş görməyə cəmiyyətə xeyir verməyə imkan yaradır.

    Ümumdünya Psixi Sağlamlıq Günü ilə əlaqədar məktəbin psixoloqları Gülsənəm Bayramlı və Gültəkin İskəndərova tərəfindən’’psixisağlamlıq’’anlayışı  haqqında şagirdlərin məlumatlılıq səviyyəsini yüksəltmək məqsədi ilə kiçik yaşlı və yeniyetmə şagirdlərlə maarifləndirmə işi aparıldı.Maarifləndirmə işi zamanı şagirdlərə psixi sağlamlıq və ona təsir edən amillər haqqında məlumat verildi .Mövzuya uyğun slayd təqdim edildi və iş vərəqələri paylanıldı.

 Sonda mövzu ilə əlaqədar şagirlərin fikirləri dinlənildi vəonları maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi