COP 29 -A AİD RİYAZİ DÜŞÜNCƏLƏR

Məktəbin riyaziyyat müəllimi Firuzə Əliyeva təşkilatçılığı və 11 "A" sinif şagirdlərinin iştirakı ilə “COP 29-a aid riyazi düşüncələr” adlı tədbir keçlrilib. Şagirdlər əvvəlcə COP 29 haqqında təqdimat ediblər . Sonra İqlim dəyişmələrinə: dünyada temperaturun yüksəlməsi və enməsi, dəniz və okeanlarda tullantılıların, sel, daşqınların olması, atmosferin çirklənməsi barəsində İKT vasitəsi ilə riyazi məsələlər həll ediblər. 11"A" sinif şagirdi Cavid Hüseynov konüllü olaraq COP 29 layihələrində necə iştirak etdiyini, görülən işlər barədə iştirakçılara məlumat verib. Mövzu ilə bağlı şagirdlər arasında maraqlı müzakirə keçib. Tədbirdə məktəbin rəhbərliyi iştrak edib.