ŞAGİRDLƏRİMİZ X BAKI BEYNƏLXALQ KİTAB SƏRGİSİNDƏ İŞTİRAK EDİBLƏR

Məktəbin 4 "B" sinif şagirdləri TEAS Press Nəşriyyat Evinin təklifi ilə Sezai Ozan Zeybəkin çin motivləri əsasında yazdığı və Sevinc Nuruqızının tərcümə etdiyi “3 inci məsəli” əsərini səhnələşdirərək X Bakı Beynəlxalq Kitab sərgisində çıxış ediblər. Onların qısa müddətdə hazırladıqları tamaşa sərgi iştirakçılarının, kitabın tərtibçilərinin xoşuna gəlib. “3 alma” nəşriyyatının məsul işçisi Rəşad İsmixanlı, layihə rəhbəri Arzu Cəfərova uşaqlara maraqlı və gözəl çıxışları üçün təşəkkür edib və hər birinə kitab hədiyyə ediblər. Uşaqlar sərgidən böyük ruh yüksəkliyi ilə ayrılıblar.