Beynəlxalq Kitab Sərgisində

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır. Mütaliə etməni isə şagirdlərə lap aşağı siniflərdən aşılamaq lazımdır. Elə bu məqsədlə oktyabr ayının 5-də məktəbimizin 5"A" və 5"B" sinif şagirdləri öz sinif rəhbərləri Bacıxanım Əliyeva və Aytac Eyvazova ilə birlikdə Bakı Ekspo Mərkəzində Məhəmməd Füzulinin 530 illiyi münasibəti ilə təşkil edilən  Beynəlxalq Kitab Sərgisində olublar. Sərgidə müxtəlif mövzularda və müxtəlif xalqlara aid ədəbiyyat nümunələri sərgilənib. Şagirdlər öz maraqlarına uyğun kitablarla və bəzi uşaq ədəbiyyatına aid əsərlərin müəllifləri ilə tanış olub, müəlliflərdən imzalı kitablar əldə ediblər. Hər bir uşaq həm dünya ,həm Azərbaycan ədəbiyyatına aid kitablar  alıb,şagirdlər tərəfindən hazırlanan səhnəciklərə tamaşa edib,rəngarəng əl işlərnə baxıblar. Sərgi maraqlı olduğu üçün uşaqlar buradan xoş təəssüratla ayrılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi