Məktəbdə valideynlərlə görüş keçirilib
Məktəbdə valideyn komitələrinin sədrləri ilə görüş keçirilib. Məktəbin direktoru valideynləri məktəbin fəaliyyət planı ilə tanış edib, şagird davranış qaydaları ilə bağlı pilot layihə haqqında məlumat verib. Kəmalə müəllim bildirib ki, məktəbdə məktəb-ailə, məktəb-müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması təhsilin keyfiyyətinə təsir göstərən vacib amillərdəndir. Valideynlərin məktəb həyatında yaxından iştirakının şagirdlərə və eləcə də məktəbə müsbət təsir etdiyini valideynlərin diqqətinə çatdırb. Valideynləri sinif rəhbərləri ilə birgə dərsdənkənar tədbirlərin təşkilində fəal iştiraka dəvət edib. Görüşdə çıxış edən valideynlər bu əməkdaşlığın faydasını qeyd ediblər.