27 Sentyabr – Anım Günüdür

Məktəbin 4 "A" sinfində ibtidai sinif müəllimi Afət Allahverdiyevanın təşkilatçılığı ilə “Anım Günü”nə həsr edilmiş tədbir keçirilib. Tədbir Dövlət Himni ilə başlanıb. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müəllim rəşadətli ordumuzun qəhrəmanlığından danışıb. Bildirib ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Sonda şagirdlər qəhrəmanları tərənnüm edən seirlər söyləyib, mahnılar oxuyublar.