TARİX YAZAN QƏHRƏMANLARIMIZ

Məktəbin ibtidai sinif müəllimləri Tamilla Məmmədova və Tamilla Hacıyeva 2 "A" və 2 "D" siniflərdə 27 Sentyabr Anım Gününə həsr edilmiş tədbir keçiriblər. Müəllimlər bildiriblər ki, 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, xalq şəhid verirsə, deməli, o xalq böyük xalqdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı. Tədbirdə şagirdlər qəhrəman əsgərlərimizə həsr edilmiş şeirlər söyləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi