ƏN ÜLVİ DUYĞUDUR VƏTƏN SEVGİSİ...

Məktəbin 7 d sinfində tarix müəllimi İrina Beydiyevanın təşkilatçılığı ilə 27 Sentyabr Anım Gününə həsr edilmiş “Ən ülvi duyğudur Vətən sevgisi” adlı təqdimat keçirilib. Şagirdlər təqdimatlarında bildiriblər ki, şəhidlər vətən, millət və müstəqillik uğrunda canlarını fəda edib əbədi ölümsüzlüyə qovuşanlardır. Şəhidlər illər, əsrlər, minilliklər keçməsinə baxmayaraq, heç vaxt unudulmayan qəhrəmanlardır. Şagirdlər qəhrəman oğullarımıza həsr etdikləri təqdimatlarını qürur hissi ilə nümayiş etdiriblər. Sonda şagirdlər Anım Gününə həsr edilmiş videoçarxa baxıblar.