Bu gün anım günüdür

        27 sentyabr 2020-ci il tarixdə düşmənin növbəti təxribatını dəf etmək və təcavüzə son qoymaq üçün Ali Baş Komandanımız İlham Əliyev cəbhə boyu əks-hücuma keçmək haqqında əmr verdi. Onun müdrik rəhbərliyi ilə işğalçı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə cavab olaraq, torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlar həmrəylik, əzm və iradə nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdilər. Beləliklə, 44 gündən sonra və 19 sentyabr 24 saat ərzində Müzəffər Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi, haqq savaşında ZƏFƏR çaldı.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 44 günlük Vətən müharibəsinin başlandığı 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd olunur, torpaqlarımız uğrunda qəhrəmancasına döyüşmüş, ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilir.

   Bu əlamətdar tarixi hadısəni şagirdlərin yaddaşlarında möhkəmlətmək və unutqan olmadığımızı xatırlatmaq məqsədilə 8"B" sinfində “Bu gün anım günüdür, Qəhrəmanları andıq” adlı dərs diskussiya keçirilib. Şagirdlərimiz həm Ali Baş Komandanımızın, həm də qəhrəman şəhidlərimizin, qazilərimizin, Qarabağ savasında döyüşən bütün əsgərlərimizin adlarının torpağı, Vətəni sevən hər kəsin qəlbində dərin yuva saldığını təkrar-təkrar xatırladıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi