QARABAĞDAN GƏLƏN SƏS-ZƏFƏR SƏSİDİR!

          Məktəbin tarix müəllimi Leyla Mənsimova 5"A"sinif şagirdlərinin iştirakı ilə “27 Sentyabr Anım Günü”nə həsr edilmiş “Qarabağdan gələn səs – zəfər səsidir! ”... adlı tədbir keçirib. Şagirdlər təqdimatlarında torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanların ən böyük şərəf və qürur mücəssəməsi olduqlarını bildiriblər. Onlar bildiriblər ki, Azərbaycan xalqı üçün bu həyatda ən əziz, qiymətli və müqəddəs bir hiss vardır ki, o da vətən və vətən uğrunda şəhidlik zirvəsinə ucalmaqdır. Şagirdlər qəhrəman oğullarımıza həsr etdikləri təqdimatlarını qürur hissi ilə nümayiş etdiriblər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi