ŞAGİRDLƏRİMİZ ÜZEYİR HACIBƏYOVUN EV MUZEYİNDƏ OLUBLAR

18 Sentyabr Azərbaycanda və Şərqdə ilk operanın əsasını qoymuş, Azərbaycan musiqisinə bir çox töhfələr vermiş musiqimizi dünyaya tanıdan, dahi bəstəkar ,əməkdar incənət xadimi Üzeyir Hacıbəyovun doğum günüdür. Bu günü ölkəmiz "Milli Musiqi Günü" kimi qeyd edir. Azərbaycan musiqisi bugünkü inkişaf yolunu Üzeyir bəyə borcludur. Musiqi günü münasibətilə məktəbin musiqi müəllimi Tağıyeva Kişvərxanım, Uşaq Birliyi Rəhbəri BənurəTağıyeva məktəbin 6"A" sinif şagirdləri ilə birlikdə Üzeyir Hacıbəyovun ev muzeyində olublar. Burada uşaqlara Üzeyir bəyin həyatı haqqında məlumat verilib. Şagirdlər bəstəkarın şəxsi əşyaları ilə tanış olublar. Şagirdlər muzeydən böyük təəssüratla qayıdıblar.