MUSİQİ RUHUN QİDASIDIR

         Məktəbimizdə şagirdlərin estetik zövqünün inkişafı həmişə ön planda olub. Məktəbin müəllimi Afət Allahverdiyeva şagirdləri ilə birlikdə dəyirmi masa arxasında “Musiqi ruhun qidasıdır” mövzusunda diskusiya keçirib. Diskusiyada musiqişünas Zeynəb xanım Mahmudova, valideynlər iştirak ediblər. Zeynəb Mahmudova musiqinin insan həyatında rolundan, insanın fiziki və emosional vəziyyətinə müsbət təsirindən söhbət açıb..Bildirib ki ,hətta musiqi stressi də azaldır. Şagirdlərlə aparılan söhbətlər, onlarda xoş təəssürat oyadıb. Sinfimizin şagirdi “Bənövşə uşaq xorunun” solisti M.Ələkbərovanın”Karmen”operasından ariyası uşaqlarda ruh yüksəkliyi oyadıb .Sonda şagirdlərdə belə bir fikir yaranıb ki, insan tam sağlam olsa belə, onun ruh halında nə isə əskiklik varsa, özünü yaxşı hiss etməyəcək.Odur ki, musiqi dinləmək, ifa etmək hər birimizin estetik zövqünün formalaşmasında mühüm rol oynayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi