COP 29 - AZƏRBAYCANIN BEYNƏLXALQ ALƏMDƏ ARTAN NÜFUZU MÖVZUSUNDA AÇIQ HAVADA DƏRS KEÇİRİLİB

Məktəbin təşkilatçısı İradə İsmayılzadə “COP 29 – Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu” mövzusunda açıq havada dərs keçib. Müəllim bildirdi ki, COP 29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar ölkəmizə növbəti dəfə böyük etimad və inamın göstəricisidir: "Ölkəmizin bu tədbirə ev sahibi kimi seçilməsi həm də onu göstərdi ki, Azərbaycan qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət kimi özünü tanıda bilib və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib". Şagirdlər təmiz ətraf mühitə nail olmaq və yaşıl inkişafın təşviqi mövzusunda çıxış edərək ekoloji tarazlığın, ətraf mühitin qorunması, alternativ enerji mənbələrindən səmərəli istifadə, eləcə də iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində görülən işlərin əhəmiyyətindən danışıblar.