2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” dir.

    Dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.
    Sərəncamda Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyətinin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyi qeyd olunur.
    Bildirilir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial- iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
    İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllışəhər”, “ağıllıkənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

     16.09.24-cü il tarixində IV a sinif şagirdləri “Ölkəmizi yaşıllıqlara qərq edək” adlı tədbir keçirdilər.Tədbirdə onlar “Dünyamızı qorumaq üçün hansı işlər görməliyəm” və “Mən dünyanı necə qoruyardım”sualları əsasında diskusiyalar keçirdilər, fikirlərini bölüşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi