GƏLƏCƏYƏ “KÖRPÜ” SALAQ

         İqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizdə  2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
     Ətraf mühitin qorunmasına, iqlim dəyişikliyinin qarşısının alınmasına diqqət çəkmək və bu proseslərdə şagirdlərin daha  yaxından iştirakını təşviq etmək məqsədilə ilk dərs günü də məhz bu mövzuya həsr olunub. 
      İlk dərs günü  məktəbin 4b sinif müəllimi S.Məcidova şagirdləri üçün “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş  maraqlı dərs hazırlayıb. Öncə uşaqlar ekoloji problemlərə həsr olunmuş videoçarxı izləyib, bu mövzuda müzakirələr aparıb, COP-29 haqqında məlumat alıblar. Sonda isə onlar ağac forması şəklin  üzərinə 27 şagirdin hər birini simvolik olaraq təsvir edən yarpaqlar ( düymələr ) yapışdıraraq təbiəti qoruyacaqlarına  söz veriblər. 
       Müəllim S. Məcidova  əmindir ki, belə interaktiv  dərslərin  təşkili şagirdlərdə ekoloji mədəniyyətin formalaşmasında və ətraf mühitin qorunmasında böyük əhəmiyyət kəsb edir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi